Yeni metro stansiyası BELƏ ADLANDIRILACAQ

16 Sentyabr 2021 08:12 (UTC+04:00)

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yeni yerüstü metro stansiyası inşa edilməkdədir. Yeni stansiyanın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, obyekt şərti olaraq "Xocasən" stansiyası adlandırılır. Metro stansiyası rəsmi olaraq necə aldandırılacaq?

Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı hələlik yenilik yoxdur: "Metro stansiyalarına adların verilməsi, adlandırılması birbaşa Nazirlər Kabinetinin səlahiyyətindədir. Bununla bağlı Adqoyma Komissiyasının iclasında müzakirə aparılır və qərar qəbul edilir. Lazım gələrsə, adla bağlı Bakı metropoliteninə müraciət edilir və stansiyaya ad verilir. Biz hələlik bu stansiyanı şərti olaraq "Xocasən" stansiyası adlandırmışıq. Bu da yerləşdiyi əraziyə görə belə adlandırılıb".

Xatırladaq ki, Xocasən qəsəbəsi ərazisində Bakı metropoliteninin Bənövşəyi xətti üzrə hərəkət edən qatarlara xidmət edəcək elektrik deposu inşa edilir. Elektrik deposu ilə yanaşı, ərazidə yerüstü metro stansiyası da tikilməkdədir. Stansiya və elektrik deposunun tikinti işləri gələn ilin sonlarında yekunlaşdırılaraq istifadəyə veriləcək. Yerüstü metro stansiyasında Bənövşəyi xəttin digər stansiyalarında olduğu kimi 7 qatarlıq platforma, lft f və elavatorlar quraşdırılacaq.