Bakıda bu yollarda sıxlıq var

16 Sentyabr 2021 09:12 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən Publika.az-a verilən məlumata görə, paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsində tunelin içi və kənar yolda hər iki istiqamətdə, Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.

Bununla yanaşı, Bakı-Sumqayıt şosesində – şəhər istiqamətində, Tbilisi prospektində – şəhər istiqamətində və Heydər Əliyev prospektində – orta və kənar yolda Atletlər kəndinin qarşısından Bağırov körpüsü istiqamətində sıxlıq var.