Vilayət Eyvazov DYP rəisini işdən çıxardı

16 Sentyabr 2021 10:57 (UTC+04:00)

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.

Publika.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur.