Hikmət Hacıyev İran səfiri ilə ikinci dəfə görüşdü

16 Sentyabr 2021 13:21 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.

Publika.az xəbər verir ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı tvitter səhifəsində paylaşım edib.

Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.

Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.