Yaponiyada vulkan püskürdü

17 Sentyabr 2021 08:12 (UTC+04:00)

Yaponiyanın Kaqoşima prefekturasındakı Suvanose adasında vulkan püşgürüb.

Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Böyük vulkan daşlarının 1 kilometr radiusda düşməsi qeydə alınıb. Seysmoloqlar adada vulkanik aktivliyin davam edəcəyini nəzərə alaraq təhlükə səviyyəsini beş ballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıblar. Praktikada bu, dağa çıxmağı qadağan etmək deməkdir.

Bu il adada mart və iyun aylarında püskürmələr olub. Həmin vaxt təhlükə səviyyəsi üçüncüyə qaldırıldı, amma sonra yenidən ikinciyə endirildi.

Hadisə nəticəsində ölən və yaralıların olması barədə məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir.

Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır.

Hüseyn