Məşhur türk həkimlərdən daha bir uğur

18 Sentyabr 2021 13:58 (UTC+04:00)

Almaniyada yeni növ koronavirusa qarşı peyvənd hazırlayan "BioNTech" şirkətinin qurucuları professor Uğur Şahin və Özlem Türeciyə Köln Universiteti tərəfindən fəxri doktor adı verilib.

Publika.az "Milliyet"ə istinadla xəbər verir ki, Kölnün tarixi bələdiyyə binasında baş tutan mərasimdə Uğur Şahin və Özlem Türeci şəhərin "Qızıl dəftər"ini imzalayıblar.

Daha sonra onlara Köln Universitetinin Tibb fakültəsinin fəxri doktor adı təqdim olunub.

Tural Turan