Hacıqabulda yük maşını yandı

18 Sentyabr 2021 23:13 (UTC+04:00)

Hacıqabul rayonunda "Mersedes" markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə,avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.