Pakistan "Taliban"la dialoqa başladığını elan etdi

19 Sentyabr 2021 03:43 (UTC+04:00)

Pakistanın Baş naziri İmran Xan “Taliban” hərəkatı ilə dialoqa başlandığını elan edib.

Publika.az xəbər verir ki, bu haqda İmran Xan özünün tivitter səhifəsində məlumat verib.

Baş nazir yazıb ki, dialoq Əfqanıstanda inklüziv hökumət yaradılmasına yönəldilib. Hökumət formalaşdırılarkən taciklərin, özbəklərin və xəzərlərin nümayəndələrindən də istifadə olunmalıdır. Hökumətdə ölkədə yaşayan bütün etnik qrupların təmsil olunması 40 illik münaqişədən sonra Əfqanıstanda sülhün və sabitliyin bərpasını təmin edəcək ki, bu da region ölkələrinin maraqlarına cavab verəcək.