Dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi

19 Sentyabr 2021 22:31 (UTC+04:00)

Bu gün 3 nəfər “Sahil”, “Nardaran-2” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, onlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.