Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

20 Sentyabr 2021 00:45 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin eyvanında yığılan tikinti materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.