Konyada sərnişin avtobusu aşdı: çox sayda yaralı var

20 Sentyabr 2021 08:24 (UTC+04:00)

Konyada ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə Konya-Adana magistralının 22-ci kilometrində qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Nəticədə sürücü və 13 sərnişin ağır yaralanıb.

Qeyd edilib ki, Bingöldən İzmirə gedən avtobusda 31 sərnişin olub. Xoşbəxtlikdən digərləri xəsarət almayıb.

Hüseyn