Yol polisinin gözləri qarşısında avtoxuliqanlıq etdi - VİDEO

20 Sentyabr 2021 11:15 (UTC+04:00)

Abşeron rayonu ərazisində avtoxuliqanlıq edən avtomobilin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, hadisə Masazır qəsəbəsinin girişində baş veib. Belə ki, 99 MN 727 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü yol polisinin svetaforda gözlədiyi vaxt onun yanından qırmızı işıqda sürətlə hərəkət edərək uzaqlaşıb.

Hadisə vaxtı DYP avtomobilinin avtoxuliqanının hərəkətinə məhəl qoymaması diqqət çəkib. Bəzi izləyicilər yol polisi əməkdaşlarının qırmızı işıqda keçən avtomobilin sağa dönməsi səbəbindən onu gözdən qaçırdıqlarını bildiriblər.

Həmin görüntüləri təqdim edirik.