Müdafiə Nazirliyi: Xocavənd istiqamətində partlayış baş verməyib

21 Sentyabr 2021 15:39 (UTC+04:00)

Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.

Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”, - deyə qeyd olunub.