"Brent" markalı neft ucuzlaşdı

21 Sentyabr 2021 20:12 (UTC+04:00)

Neft qiymətləri günün əvvəlində əhəmiyyətli artımdan sonra aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Londonun ICE birjasında "Brent" markalı xam neftin noyabr fyuçersləri saat 18:50-yə görə 0,8% azalaraq 73,3 ABŞ dollarına düşüb.

WTI markalı xam neftin fyuçerslərinin qiyməti də 1% azalaraq bir barelə görə 69,45 ABŞ dollar təşkil edir.