Bu dəfə hakerlərimiz HƏRƏKƏTƏ KEÇDİ: Xankəndidə separatçılara ZƏRBƏ

22 Sentyabr 2021 15:23 (UTC+04:00)

Azərbaycanlı hakerlər Qarabağda separatçı-terrorçu rejimin saytlarını sıradan çıxarır.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.

Məlumata görə, bu gün separatçı rejimin qondarma “əmək və sosial miqrasiya nazirliyinin” saytı dağıdılıb. Qondarma “nazirliyin” kukla rəhbəri Ani Tovmasyan deyir ki, “hackləmə” Azərbaycan hakerləri tərəfindən həyata keçirilib.

Onun sözlərinə görə, belə hücumlar zaman-zaman baş verir.

Asif