Bu ərzailərdə su olmayacaq

23 Sentyabr 2021 10:39 (UTC+04:00)

Oğuz-Qəbələ-Bakı su kəmərində planlı təmir işləri aparılacaq.

Bu barədə Publika.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron rayonunun, Bakının Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.