Ermənistanın bu hərəkətləri Vətən müharibəsini qaçılmaz etdi - Deputat

23 Sentyabr 2021 18:35 (UTC+04:00)

“Azərbaycan illər ərzində öz ordusunu təkmilləşdirməyə davam edirdi. 30 ilə yaxın torpaqlarımız işğal atlında idi və ermənilərin son hərəkəti isə müharibəni qaçılmaz etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın qeyd edib ki, torpaqlarımızı işğaldan azad etmək üçün bu müharibə olmalı idi: “İlham Əliyev Prezidentliyinin ilk günündən torpaqlarımızı işğaldan azad olunacağını qeyd edib. Ermənistan tərəfinin son zamanlar təxribatlara əl atması müharibənin başlamasına gətirib çıxardı. Onlar son dövrlərdə quduzlaşmışdı və gərginliyi artırmağa davam edirdi. Paşinyan isə Qarabağ haqqında sərsəm çıxışlar etməyə başlamışdı. Bizim tarixi torpaqlarımızı öz əraziləri kimi adlandırmağa başlamışdılar. Həmin vaxtlar onların müdafiə naziri yeni torpaq iddiaları ilə çıxış edirdi”.

E.Məmmədov vurğulayıb ki, müharibədən əvvəl ermənilər bizi hədələyirdilər: “27 sentyabrdan əvvəl onlar mütəmadi olaraq atəşkəsi pozub. Sərhəddə yeni təxribatlar törədərək gərginliyi artırmağa çalışıblar. Ermənistanın bu hərəkətləri Vətən müharibəsinin olmasını biraz da sürətləndirib. Müharibə Ermənistan tərəfinin atəşkəsi pozması və Azərbaycan ordusunun əks hücum əməliyyatı ilə başlayıb. Yəni onlar müxtəlif əraziləri ağır silahlara atəşə tutdu və ordumuz torpaqlarımızı azad etmək üçün əməliyyata başladı. 44 gün ərzində Azərbaycan ordusu şanlı bir döyüş yolu keçib. Şanlı ordumuz çox qısa müddətdə torpaqlarımızı azad edərək tarix yazıb. Bütün olanların məsuliyyəti isə Ermənistan tərəfinin üzərinə düşürdü”.

Rahib Ələsgərov