Masazırda dəhşətli hadisə - 1 nəfər öldü

24 Sentyabr 2021 14:35 (UTC+04:00)

Sentyabrın 24-də saat 1 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, qəsəbə sakini E.İbrahimovun idarə etdiyi “VAZ-21715” markalı avtomobil və 25-30 yaşlı şəxsin idarə etdiyi “Zontes” markalı motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü xəstəxanada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.