İstanbulda Türkiyə və Rusiyaya məxsus yük gəmiləri toqquşdu - FOTO

25 Sentyabr 2021 10:36 (UTC+04:00)

İstanbulun şimalında, Qara dəniz sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Yeniköy yaxınlığında baş verib.

Türkiyəyə məxsus 90 metr uzunluğunda "Tahsin İmamoğlu" və Rusiyaya məxsus 128 metr uzunluğunda "Rusiç 10" gəmiləri toqquşub.

Hadisə yerinə xilasedicilər göndərilib.