İrandan ABŞ-a MESAJ: Hazırıq

25 Sentyabr 2021 14:33 (UTC+04:00)

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan nüvə danışıqlarının bərpa ediləcəyinə hazır olduqlarını bəyan edib.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Abdullahiyan ABŞ-ın "NBC News" televiziyasına danışıb.

Abdullahiyan İranda yeni administrasiyanın hakimiyyətə gəlişi ilə iyun ayında dayanan nüvə anlaşmasına qayıtmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını bildirib. Ancaq ABŞ-ın İrana qarşı yeni sanksiya tətbiq etməsilə müsbət mesaj vermədiyini vurğulayıb.