Türkiyə ordusu 6 PKK terrorçusunu MƏHV ETDİ

25 Sentyabr 2021 18:48 (UTC+04:00)

"Zeytin Dalı" əməliyyat bölgəsində hücuma hazırlaşan PKK/YPG terror təşkilatının 6 üzvü məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəhraman komandolarımız "Zeytin Dalı" bölgəsində daha bir əməliyyat keçirdi. Təhlükəsizlik və əmin-amanlıq mühitini pozmaq üçün hücuma hazırlaşdığı təsbit edilən PKK/YPG terror təşkilatının 6 üzvü məhv edildi", - nazilikdən bildirilib.

Qeyd edilib ki, terrorizmə qarşı mübarizə hər yerdə qətiyyətlə davam edir.

Hüseyn