Bakıdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA

26 Sentyabr 2021 02:12 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında baş verdiyi iddia edilən yanğınla bağlı məlumatı təkzib etdi.

Publika.az xəbər verir ki, bu barədə Bakının Nəsimi Rayon Yanğından Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata əsasən, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.

Daha əvvəl bir sıra erməni KİV-ləri Bakının Heydər Əliyev Sarayında yanğının baş verməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.