Türkiyə səfirliyi: "Qardaşlarımızı rəhmətlə anırıq" - FOTO

27 Sentyabr 2021 02:42 (UTC+04:00)

Qardaş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində Anım Günü ilə bağlı paylaşım edilib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi üçün ötən il 27 sentyabrda başladılan Vətən müharibəsində şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, bu şanlı zəfər sayəsində Qarabağda dalğalanan bayrağın daimi olmasını diləyirik".