Azərbaycanın asanlıqla və qeyd-şərtsiz qələbə qazanacağına əmin idim – İtalyan ekspert

27 Sentyabr 2021 09:57 (UTC+04:00)

Şəxsən mən Azərbaycanın asanlıqla və qeyd-şərtsiz qələbə qazanacağına əmin idim.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano 44 günlük müharibənin başlamasının ildönümü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı gərginlik artıq pik həddə çatmış, müharibə reallığa çevrilmişdi:

“İllərdir dondurulmuş, aşağı intensivliklə davam edən bir müharibə mövcud idi. Şəxsən mən Azərbaycanın asanlıqla və qeyd-şərtsiz qələbə qazanacağına əmin idim. Təhlillərimiz Azərbaycan tərəfinin hava qüvvələrinin texniki üstünlüyünü açıq göstərirdi. Bundan başqa, Ermənistanın artıq Moskvadan dəstək ala bilmirdi. Putin Dağlıq Qarabağdakı hadisələrdə birbaşa iştirakda maraqlı deyildi. Eyni zamanda, rəsmi Ankaranın Bakıya verəcəyi siyasi dəstək də gün tək aydın idi”.