Anım Günündə Fəxri xiyabanda izdiham - FOTO

27 Sentyabr 2021 09:30 (UTC+04:00)

27 sentyabr - Vətən müharibəsi şəhidlərinin Anım Günündə İkinci Fəxri xiyabanda izdiham müşayiət olunur.

Publika.az xəbər verir ki, sadə insanlarla yanaşı, dövlət və hökumət nümayəndələri, icra hakimiyyəti orqanlarının əməkdaşları şəhid ailələri ilə birlikdə şəhid qəbirlərini ziyarət edirlər.

Şəhidlərin ruhuna dualar oxunur, qəbirləri üzərinə gül-çiçək dəstələri qoyulur. Ziyarət edənlər şəhid ruhları qarşısında ehtiramlarını bildirirlər.

Tural Turan