AQTA istifadə vaxtı keçmiş 207 kq toyuq əti aşkarladı

27 Sentyabr 2021 16:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Publika.az-a bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində yerləşən “Gold Əminə” supermarketində yoxlama keçirilib.

oxlama zamanı müəssisədə yararlılıq müddəti bitmiş ümumi çəkisi 207 kq olan toyuq əti aşkarlanıb. Aşkarlanan nöqsanlarla bağlı yararlılıq müddəti bitmiş toyuq ətinin satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində sərt tədbirlər həyata keçirəcək.