Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavinini təltif etdi

27 Sentyabr 2021 18:26 (UTC+04:00)

Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

M.Dere bu medala Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq etdiyinə görə layiq görülüb.