Ukraynalı jurnalistlər Gəncədə səfərdədir

28 Sentyabr 2021 09:45 (UTC+04:00)

Ukraynadan olan jurnalistlərin Gəncə şəhərinə səfəri başlayıb.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, səfər çərçivəsində ukraynalı jurnalist və blogerlər Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət edib, erməni təxribatı nəticəsində öldürülən mülkü şəxslər barədə geniş məlumat verilib.

Gəncə şəhərində Ukraynanın müxtəlif media qurumlarında çalışan təxminən 10-dan artıq jurnalist, bloger səfər edib.