Nazir müavini: “Şəhid ailələri və müharibə əlillərinə 1600 mənzil verilib”

28 Sentyabr 2021 11:24 (UTC+04:00)

“Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə indiyədək 1600 mənzil və fərdi ev verilib”.

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə 142 hərbçi son nəsil protezlərlə təmin edilib.