Şəmkirdə faciəvi hadisə - Ölən və yaralananlar var

28 Sentyabr 2021 13:45 (UTC+04:00)

Sentyabrın 27-də saat 18 radələrində Şəmkir şəhəri ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Düyərli kənd sakini Bayram Namazovun idarə etdiyi “VAZ-21015” və şəhər sakini Fuad Quliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə B.Namazov və iki sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Maya Namazova orada ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.