Bakı-Həştərxan-Bakı reysində uçuşlar bərpa edilir

18 Avqust 2014 12:07 (UTC+04:00)

Sentyabrın 22-dən başlayaraq, "Azərbaycan Hava Yolları" QSC Bakı-Həştərxan-Bakı istiqamətində (Bazar ertəsi (Çərşənbə axşamı günləri) müntəzən uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC -dən məlumat veriblər.

Bakıdan uçuş saat 19.00-da (eniş 19.20), Həştərxandan uçuş (05.35) isə saat 03.15-də həyata keçiriləcək.


Uçuşlar müasir və komfortlu Embraer tipli hava gəmiləri ilə həyata keçiriləcəkdir.