"Telegram"ın işində qüsurlar yarandı

13 Oktyabr 2021 07:47 (UTC+04:00)

"Telegram" mesencerinin işində qüsurlar yaranıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı məlumat yayıb.

Bildirilib ki, şikayətlərin çoxu Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrdə qeydə alınıb.

Bildirilir ki, istifadəçilər tətbiqin işindən və serverlə bağlantından şikayət edirlər.