Paşinyan Putinlə görüşdən yazdı: Razılaşmaları həyata keçirmək üçün... - VİDEO

13 Oktyabr 2021 10:09 (UTC+04:00)

Video əlavə olunub.

xxx

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə çərşənbə axşamı Moskvada baş tutan görüşünü səmərəli adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb.

"Bu gün (red: çərşənbə axşamı) Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik", - deyə Paşinyan bildirib.

Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanla Putinin İrəvan və Moskvanın müttəfiq gündəliyi, regional təhlükəsizlik məsələləri, Dağlıq Qarabağla bağlı bəyanatların icrası, eləcə də inteqrasiya birliklərində qarşılıqlı əlaqəni müzakirə edəcəklərini açıqlamışdı.

Hüseyn