Bakıda yüksək vəzifələrdə çalışmış məmurun ailəsində AĞIR İTKİ

13 Oktyabr 2021 09:54 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri, Hesablama Palatasının sədrinin müavini vəzifəsində çalışmış Abbas Allahverdiyevin ailəsində ağır itki üz verib.

Publika.az xəbər verir ki, A.Allahverdiyevin həyat yoldaşı İradə Allahverdiyev vəfat edib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.