AQTA daha 30 sahibkarlıq subyektini qeydiyyata aldı

13 Oktyabr 2021 18:56 (UTC+04:00)

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il oktyabrın 12-də qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Publika.az-a bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.