Müğənni Güneldən SƏRT SÖZLƏR: Onları çatladıram...

13 Oktyabr 2021 12:18 (UTC+04:00)

Sadəcə, iləriyə Gülücüm... Allaha inandın və ona həvalə etdin. Mərhəmətinlə, sevginlə, hörmətinlə, sədaqətinlə... Gülümsəməyim bir çoxlarını qısqanclıqdan çatladır. Bir də demək istədiklərimi səsim deyir.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova İnstaqramda yazıb. İbrahim Tatlısəsin oğlunun toyunda ifaları ilə qonaqlara unudulmaz anlar yaşadan sənətçi qəlbini sətirlərə töküb.

“Hər zaman dualar qorudu məni. Sevənlərim, dinləyənlərim və sevdiklərim, siz mənə bəs edirsiniz”, - Günel paylaşımında yazıb.

Qeyd edək ki, müğənni bu yaxınlarda türk jurnalistlərin estetik əməliyyatlarla bağlı suallarına cavab verib. O, görünüşünün deyil, səsinin müzakirə mövzusu olmasını istəyib.