Azərbaycanda avtomobil dərəyə yuvarlandı - Ölən və yaralananlar var

13 Oktyabr 2021 17:20 (UTC+04:00)

Oktyabrın 12-də saat 18 radələrində Yevlax rayonunun Varvara kəndi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Varvara kənd sakini S.Civəzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırıb. Nəticədə avtomobildəki sərnişin Cəfər Səfərov hadisə yerində ölüb. Sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.