“Media haqqında” yeni qanun layihəsi yekunlaşır - Əhməd İsmayılov

13 Oktyabr 2021 16:44 (UTC+04:00)

Media haqqında yeni qanun layihəsi artıq yekunlaşmaq üzrədir.

Publika.az xəbər verir ki, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, hazırlanan yeni qanun layihəsi aidiyyəti üzrə təqdim ediləcək.