Gədəbəydə AĞIR QƏZA: ölən var - FOTO

13 Oktyabr 2021 21:24 (UTC+04:00)

Gədəbəy rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində baş verib.

"Mercedes 190" markalı avtomobilin sürücüsü Şəmkir rayon Çənlibel kənd sakini 1995-ci il təvəllüdlü Toğrul Əsədov idarəetməni itirib və avtomobil ağaca çırpılıb.

İlkin məlumata görə hadisə zamanı sürücü yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.