Kamo Ohanesyan Bakıya gəlməyəcək

14 Oktyabr 2021 01:11 (UTC+04:00)

Qazaxıstanın "Kayrat" komandasının erməni futbolçusu Kamo Ohanesyan "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, Almatı təmsilçisinin "Qarabağ"a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat"