Nigerdə məscidə hücum: azı 10 nəfər öldürüldü

14 Oktyabr 2021 06:16 (UTC+04:00)

Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər məscidə hücum edərək azı on nəfəri öldürüblər.

Hücum Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Qeyd edək ki, bu bölgə İŞİD və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar tərəfindən idarə olunur.

Niger Afrikada terrorçu fəaliyyətlər və qanunsuz köç səbəbi ilə ən problemli bölgələrdən sayılır. 2014-cü ildə Fransa burada antiterror əməliyyatı həyata keçirib.