Türkiyədə daha bir QƏZA: 12 polis əməkdaşı xəsarət aldı

14 Oktyabr 2021 08:36 (UTC+04:00)

Türkiyədə ağır yol qəzası olub.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kastamonu-İnebolu magistral yolunda qeydə alınıb. Belə ki, polis əməkdaşlarını daşıyan avtobus idarəetmədən çıxıb. Qəza zamanı 12 polis əməkdaşı xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Hadisənin başvermə səbəbləri açıqlanmır.