İranın PUA bazasına HÜCUM: dəstəklədiyi qüvvələr MƏHV EDİLDİ - VİDEO

14 Oktyabr 2021 08:48 (UTC+04:00)

Video əlavə olunub.

xxx

İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edilib.

Qeyd edilib ki, Suriya qoşunlarının tərəfində vuruşan şiə dəstələrinin əsgərləri itki verib. Dörd nəfər ölüb, yaralıların olduğu deyilir. Lakin onların sayı barədə məlumat verilmir.

Bir müddət əvvəl Suriya ordusundakı bir mənbə SANA xəbər agentliyinə İsrail təyyarələrinin Palmiranın cənub kənarındakı Əl Tanf sərhəd bölgəsindən hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumu dəf edərkən bir Suriya əsgəri şəhid olub, daha üçü yaralanıb.

Agentliyin məlumatına görə, hava zərbəsi zamanı yerdəki obyektlərə maddi ziyan vurulub, xüsusən də relay qülləsi zədələnib.

Xatırladaq ki, oktyabrın 8-də İsrail Hərbi Hava Qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb.

Hüseyn