Bakıda BMW "Opel"ə çırpıldı - ÖLƏN VAR

14 Oktyabr 2021 13:48 (UTC+04:00)

Oktyabrın 13-də saat 11 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi BMW markalı avtomobili yolun kənarında dayanmış Bərdə rayon sakini B.Mürsəlova məxsus “Opel” markalı avtomobilə vurub. Nəticədə C.Məmmədovun sərnişini Qurban İsmayılov hadisə yerində ölüb. Sürücü özü isə xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.