Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi - FOTO

14 Oktyabr 2021 14:32 (UTC+04:00)

Opera müğənnisi, SSRİ xalq artisti Bela Rudenko ömrünün 88-ci ilində vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə rus tənqidçisi Andrey Plaxov feysbuk səhifəsində məlumat yayıb.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukrayna SSR-in Luqansk vilayətinin Bokovo-Antratsit (indiki Antratsit şəhəri) kəndində dünyaya gəlib. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti olub. Həmin dövrlərdə “Ruslan və Lyudmila”, “İvan Susanin”, “Sadko” və digər operalarda rol alıb. O, Fransa, İtaliya, Kanada, İsveç, Yaponiya, Kanada, ABŞ və digər ölkələrdə çıxış edib. 1960-cı ildə SSRİ xalq artisti adını alıb.

Müğənni solo karyerasını 1991-ci ildə bitirib. 1992-ci ildən Böyük Teatrın İnkişaf Fonduna rəhbərlik edib. 1995-1999-cu illərdə Böyük Teatrın opera truppasında bədii rəhbər vəzifəsində çalışıb.