Erməni terrorçuların Füzulidə növbəti təxribatı: 4-cü bəndin icrası aktuallaşır

14 Oktyabr 2021 17:17 (UTC+04:00)

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni terrorçulara məxsus dron (kvadrakopter) Füzuli istiqamətində ələ keçirilib.

Bu, son 2 gündə erməni terrorçuların ikinci təxribatıdır: oktyabrın 13-də mülki avtomobil karvanına atəş açdılar, bir gün sonra dronla kəşfiyyat uçuşu həyata keçirdilər; kəşfiyyat uçuşunun növbəti hücuma hazırlıq məqsədi daşıdığı da istisna deyil;

Təxribatlar iki məsələni yenidən aktuallaşdırır:

- Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri ərazilərdə erməni terrorçularına nəzarət edə bilmir;

- 10 noyabr bəyanatının 4-cü bəndi icra edilməlidir;

Bu təxribatların Putin-Paşinyan görüşündən sonra intensivləşməsi də təsadüfi deyil: Qarabağdakı erməni terrorçular masadakı bütün tərəflər üçün başağırısına çevrilir;

Asif Nərimanlı