Masazırda səkkizmərtəbəli binada YANĞIN

14 Oktyabr 2021 19:48 (UTC+04:00)

Abşeron rayonunun Masazır qəsəbəsində səkkizmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan mənzilin (təmir olunur) eyvanında qaz sayğacı, pəncərə çərçivəsi və istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.