Daha 2 erməni hərbçisinin qalıqları TAPILDI

14 Oktyabr 2021 20:36 (UTC+04:00)

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 2 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Ağoğlan (Hadrut) qəsəbəsi ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib.

Qeyd edilib ki, cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1685 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.

Hüseyn