Jurnalist Elnur Əşrəfoğlu üçün ÇAĞIRIŞ ETDİ: "Qan vermək yaşatmaq deməkdir"

14 Oktyabr 2021 23:49 (UTC+04:00)

Tanınmış jurnalist Elnur Əşrəfoğlunun təcili 1-ci qrup (+/-) qana ehtiyacı var.

Publika.az xəbər verir ki, bu barədə telejurnalist Sənan Şəfizadə sosial şəbəkədə məlumat yayıb.

"Dostlar, Elnur Əşrəfoğlu ücün təcili 1-ci qrup (+/-) qan lazımdı. İmkanı olanlar bu savab işdə köməyini əsirgəməsin. Mərkəzi Qan Bankı “Nəsimi” bazarının arxasında yerləşir. Orda olarkən Xəyal bəylə (055 212 81 11) əlaqə saxlamaq lazımdı.

Qan vermək yaşamaq, yaşatmaq deməkdir", - S.Şəfizadə bildirib.