Gəncədə avtomobillər toqquşdu, xəsarət alanlar var

15 Oktyabr 2021 00:00 (UTC+04:00)

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

Publika.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, prospektdə "VAZ-2107" və "Mercedes" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırmalara başlanılıb.